Zəlzələ: 160-dan çox azərbaycanlı xəsarət aldı

Güneydə, Qərbi Azərbaycanda baş vermiş zəlzələ nəticəsində xəsarət alanların sayı 165 nəfərə çatıb.

Axar.az xəbər verir ki, bu barədə Qərbi Azərbaycan vilayətinin qubernatoru məlumat yayıb.

Xəsarət alanlardan 139-u evə buraxılıb. 26 vətəndaşın isə hələ də tibbi yardıma ehtiyacı var.

Qeyd edək ki, dünən İranın Xoy şəhərində 5.7 maqnitudalı zəlzələ baş vermişdi.

Axar.az

ƏVVƏLKİ XƏBƏR

Ermənilərin viran qoyduğu Əmir Səəd məqbərəsi - VİDEO

SONRAKI XƏBƏR

"2500 elə mənim cibimdə olur, o nə puldur"