Rumıniyadan Misirə gedən təyyarənin komandiri uçuş zamanı huşunu itirib

Rumıniyanın Timişoara şəhərindən Misirin Hurqada şəhərinə istiqamət alan “Tarom” aviaşirkətinə məxsus təyyarənin komandiri uçuş zamanı huşunu itirib.

“Report” xəbər verir ki, bu barədə Rumıniyanın “Digi 24” telekanalı məlumat yayıb.

Qeyd olunub ki, təyyarə digər ekipaj üzvləri tərəfindən Otopeni hava limanına məcburi eniş edib.

Bildirilib ki, təyyarə Bolqarıstan səmasında olarkən komandir özünü pis hiss edib. Bundan sonra təyyarənin Buxarest hava limanına endirilməsi qərara alınıb.

Report.az

ƏVVƏLKİ XƏBƏR

Ağ Evin baş iqtisadi müşaviri martın 31-də istefa verəcək

SONRAKI XƏBƏR

İranda güclü zəlzələ baş verdi