Cəlilabadda avtomobil aşıb, xəsarət alanlar var

Cəlilabad rayonunun Qarazəncir kəndi ərazisində üç nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

"Report"un Muğan bürosunun məlumatına görə, minik avtomobilinin aşması nəticəsində rayonun Sabirabad kənd sakinləri - 2004-cü il təvəllüdlü Rəvan Babayev, 1993-cü il təvəllüdlü Ramiz İbayev və 2005-ci il təvəllüdlü Sahil Əhmədov xəsarət alıb.

Yaralılar Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Faktla bağlı araşdırma aparılır.

Report.az

ƏVVƏLKİ XƏBƏR

İrəvan ifşa oldu: Ukrayna şok faktlar yaydı

SONRAKI XƏBƏR

Ermənistanla Rusiyanı birləşdirən yeganə yol BAĞLANDI