Fatimə qəza keçirən köməkçisinin yeni görüntüsünü paylaşdı - FOTO

Rəqqasə Fatimə Fətəliyevanın qəza keçirən köməkçisi Aytac Bayramzadənin səhhəti yaxşılaşıb.

BAKU.WS xəbər verir ki, artıq o, xəstəxanadan evə buraxılıb. Bu barədə Fatimə özü bildirib. O, sosial şəbəkə hesabında Aytacla yeni fotosunu paylaşaraq onun səhhətinin yaxşı olduğunu deyib:

"Şükür Allaha... Allah dualarımızı qəbul etdi. Əfsanə qayıtdı".

Xatırladaq ki, Aytac Bayramzadə martın 16-da Kratos restoranından çıxaraq əks tərəfə keçmək istəyərkən onu minik avtomobili vurub.

1991-ci il təvəllüdlü Bayramzadə yaralı vəziyyətdə xəstəxanaya çatdırılıb. Hadisə Azadlıq prospektində qeydə alınıb.

Baku.ws

ƏVVƏLKİ XƏBƏR

Rusiyadan etiraf: taleyi bəlli deyil

SONRAKI XƏBƏR

2023-cü ildə tamaşaçıları heyrətləndirəcək 10 yeni film