Bayramda təcili yardıma 2 mindən çox çağırış daxil olub

Bayram günlərində TƏBİB-in tabeliyindəki Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası 7/24 gücləndirilmiş iş rejimində xidmət göstərib. TƏBİB-dən AzVision.az -a verilən məlumata görə, “103” Çağrı mərkəzində və bölmələrdə məsul şəxslərdən ibarət növbətçilik təşkil olunub.

Təcili tibbi yardım xidməti gün ərzində 2 100 - 2 200 çağırış icra edib. Çağırış səbəbləri əsasən respirator xəstəliklər, arterial təzyiqin qalxması, travmalar və s. ilə bağlı olub.

Eyni zamanda bayram günlərində Bakı şəhərində baş verən yol-nəqliyyat hadisələri ilə əlaqədar xidmətə çağırışlar daxil olub.

Xəsarət alan şəxslərdən 57 nəfərə ilkin tibbi yardım göstərilib, müvafiq tibb müəssisələrinə hospitalizasiya olunub.

 

Azvision.az

ƏVVƏLKİ XƏBƏR

PUTİNİ YALNIZ BU HALDA DAYANDIRMAQ OLAR - ABŞ Müharibə Araşdırmaları İnstitutu açıqladı

SONRAKI XƏBƏR

Hulusi Akar: Zəlzələdən sonra 60 min suriyalı ölkəsinə qayıdıb