İftara gedən kişi YOXA ÇIXDI

Türkiyədə 57 yaşlı kişi itkin düşüb.

Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə Antalyanın Serik qəsəbəsində baş verib. 57 yaşlı Hasan Özcan martın 28-i alış-verişdən sonra iftara gedəcəyini bildirib və avtomobili ilə yola düşüb. Ancaq həmin gündən sonra o, geri qayıtmayıb.

Bu barədə H. Özcanın ailə üzvləri polisə müraciətində bildirib. Hazırda axtarış işləri aparılır.

Lent.az

ƏVVƏLKİ XƏBƏR

Vasif Talıbovun oğlunun holdinqində 4 aydır işçilərə maaş verilmir?

SONRAKI XƏBƏR

Kiyevdə etiraz aksiyası: "Ukrayna Ordusu üçün Mercedes verin” - VİDEO