“Qarabağ” “Viktoriya”nı keçsə… – “Real”, “Barselona”, “PSJ, “Yuventus”, “Bavariya”

UEFA Çempionlar Liqasının pley-off mərhələsi çərçivəsində "Qarabağ” Çexiya "Viktoriya”sını (Plzen) qəbul edəcək.

"Köhlən atlar” tarixində ikinci dəfə qitənin ən nüfuzlu klub turnirinin qrup mərhələsində çıxış edə bilər.

Hətta Ağdam klubunun qrup mərhələsindəki potensial rəqiblərinin də bir çoxu bəllidi. Təmsilçimiz "Viktoriya” səddini aşacağı təqdirdə püşkatmada 4-cü səbətdə yer alacaq.

1-ci səbət: "Real”, "Ayntraxt”, "Mançester Siti”, "Milan”, "Bavariya”, PSJ, "Porto”, "Ayaks”

2-ci səbət: "Liverpul”, "Çelsi”, "Barselona”, "Yuventus”, "Atletiko”, "Sevilya”, "Leyptsiq”, "Tottenhem"

3-cü səbət: "Borussiya”, "Şaxtyor”, "İnter”, "Napoli”, "Zalsburq”, "Sportinq”, "Bayer Leverkuzen”

4-cü səbət: "Brügge”, "Seltik” və pley-offun qalibləri.

Qeyd edək ki, "Qarabağ” "Viktoriya” ilə ilk oyunu Bakıda, avqustun 17-də keçirəcək. Tərəflər arasında cavab görüşü isə 1 həftə sonra Plzendə oynanılacaq. /// idmanxeber.az

Azxeber.com

ƏVVƏLKİ XƏBƏR

FTB tapılan sübutları özü yerləşdirib - Tramp

SONRAKI XƏBƏR

SON DƏQİQƏ! FHN əməkdaşlarının biabırçı GÖRÜNTÜLƏRİ YAYILDI - VİDEO