"Neftçi"nin futbolçusu: "Qarabağ" layiqli qələbə qazandı"

"İlk hissədə daha çox qol vura bilərdik. Amma bunu bacara bilmədik. Rəqib layiqli qələbə qazandı".

"Report"un məlumatına görə, bunu "Neftçi"nin futbolçusu Eddi İsrafilov səfərdə "Qarabağ"a 1:3 hesabı ilə uduzduqlar Azərbaycan Premyer Liqasının VIII tur oyunundan sonra jurnalistlərə açıqlamasında deyib.

30 yaşlı yarımmüdafiəçi matçın 90 dəqiqə oynanıldığını bildirib: "Təəssüf ki, məğlub olduq. Rəqib oyuna köklənmişdi. Sonadək mübarizə aparıb 3 qol vurdular və qələbə qazandılar. Rəqibi təbrik edirəm, yaxşı heyətə malikdirlər. Keyfiyyətli oyunçuları var".

O, komandada yorğunluq olması ilə bağlı suala belə cavab verib: "Mən oyunun içindəyəm. Siz kənardan müşahidə edirsiniz. Mən fərqli görə bilərəm, bəlkə də siz fərqli görürsünüz".

İsrafillov bu məğlubiyyət komandanı ruhdan salmayacağını söyləyib: "Hələ çempionatın başlanğıcıdır. Qarşıda bizi çox matç gözləyir. Çempionat bir oyundan ibarət deyil. Çalışıb hər oyunda qələbə qazanacağıq. Çempionun kimliyi sonda məlum olacaq".

Report.az

ƏVVƏLKİ XƏBƏR

İnozemtsevdən TƏKLİF: "Putin harada tapılsa..."

SONRAKI XƏBƏR

Moskvada içərisində insanların olduğu hostel yanır