Avropa Kuboku: Azərbaycan cüdoçuları ilk gündə 6 medal qazanıb

Azərbaycan cüdoçuları Sloveniyanın Sele şəhərində keçirilən Avropa Kubokunun ilk günündə 6 medal qazanıb.

"Report" xəbər verir ki, 60 kq-da final görüşündə ölkənin iki təmsilçisi - Rəşad Yelkiyev və Kənan İsmayılov üz-üzə gəlib. Nəticədə Yelkiyev 1-ci, İsmayılov isə 2-ci yeri tutub.

66 kq çəki dərəcəsində mübarizə aparan Tofiq Məmmədov bütün rəqiblərini məğlub edərək həlledici görüşə vəsiqə əldə edib. Qızıl medal qarşılaşmasında almaniyalı Patrik Vayzerə də qalib gələn cüdoçu fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Eyni çəki dərəcəsində yarışan Ruslan Paşayev 3-cü yer uğrunda görüşdə italiyalı Françesko Karqneluttidən güclü olub.

73 kq-da çəki dərəcəsindəki final görüşündə də Azərbaycan dueli baş tutub. Nəriman Mirzəyevi məğlub edən Rəşid Məmmədəliyev qızıl medala sahib çıxıb. Mirzəyev isə gümüş medala layiq görülüb.

Report.az

ƏVVƏLKİ XƏBƏR

"Qarabağ" daha çox qol vura bilərdi - Regekampf

SONRAKI XƏBƏR

Andrey Yermak: “Milyonlarla qurbanı olan nüvə müharibələri olacaq”