Çempionlar Liqası: “Leypziq”dən qələbə, Mahir Emrelinin komandası uduzdu - VİDEO

Bu gün UEFA Çempionlar Liqasının qrup mərhələsində III tura yekun vurulacaq.

Son oyun günündə E, F, G və H qruplarında səkkiz qarşılaşma baş tutacaq.

Oxu.Az xəbər verir ki, artıq oyunlardan bəziləri başa çatıb.

Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin çıxış etdiyi Xorvatiyanın “Dinamo” (Zaqreb) klubu Avstriyada “Zalsburq”un qonağı olub. Oyunun ikinci hissəsində müdafiədəki sərt oyuna görə 11 metrlik cərimə zərbəsilə cəzalandırılan xorvatlar vurulan qolun əvəzini çıxa bilməyərək məğlub olublar - 1:0.

Almaniya “Leypziq”i evdə Şotlandiya “Seltik”i ilə üz-üzə gəlib. Oyun boyu üstün olan ev sahibləri qonaqların qapısından 3 top keçiriblər - 3:1.

Çempionlar Liqası

Qrup mərhələsi, III tur

5 oktyabr

E qrupu

“Zalsburq” (Avstriya) - “Dinamo” (Zaqreb, Xorvatiya) 1:0

 

F qrupu

“Leypziq” (Almaniya) - “Seltik” (Şotlandiya) 3:1

 

Oxu.az

ƏVVƏLKİ XƏBƏR

Anar Nəcəfliyə ağır itki

SONRAKI XƏBƏR

Dünyanı QİÇS-ə bənzəyən yeni virus gözləyir?