Qış transfer pəncərəsində stoper axtarışında olan "Fənərbaxça" Çağlar Söyüncünü namizədlər arasında saxlayır. Mövsümün sonunda müqaviləsi bitəcək milli futbolçunun statusu diqqətlə izlənilir. Bu mövsüm cəmi 2 oyunda oynamaq şansı qazanan Çağları "Lester"in baş məşqçisi Brendan Rocers start heyətdə oynatmağı düşünmür. "Fotomaç"ın xəbərinə görə müqaviləsini uzatmadığı üçün oynadılmadığı bildirilən 26 yaşlı futbolçu ilə başda "İnter" olmaqla bir çox komandalar maraqlanır. İlk olaraq Avropada qalmaq istəyən Çağlar Türkiyəyə qayıtmağa qərar verərsə, sarı-göylü rəhbərliyin işə qarışacağı və təklif verəcəyi bildirilir.
Bu arada "Lester" Çağların klubdan ayrılacağı təqdirdə onu Attila Szalai ilə əvəzləməyi planlaşdırır.
Fənərbaxça Çağları istəyir
Bənzər Xəbərlər
İdman