Riçarlison "Real"ın radarındadır

      "Real Madrid" "Tottenhem"in braziliyalı hücumçusu Riçarlisonun çıxışını diqqətlə izləyir.
25 yaşlı futbolçu Qətərdə keçirilən dünya çempionatında çıxışına uğurla başlayıb, qrup mərhələsinin ilk turunda Serbiya ilə qarşılaşmada (2:0) dubla imza atıb."AS" qəzetinin məlumatına görə, "Real" zədə səbəbindən dünya çempionatını buraxan Kərim Benzemanın potensial əvəzləyicisi  kimi Riçarlisonu görür.Madridlilərin təmsilçiləri braziliyalının oyununu çoxdan izləyirlər və onun beynəlxalq arenadakı uğurları onları seçimlərində yanılmadıqlarına inandıra bilər. 
     Bununla belə "Tottenham"in hücumçu üçün təxminən 100 milyon avro civarında pul istəyəcəyi bildirilir.

Aqreqator.az

ƏVVƏLKİ XƏBƏR

İranda etirazçılar niyə görmə qabiliyyətini itirib? - Foto

SONRAKI XƏBƏR

Amerika ordusunun yeni problemi açıqlandı