Qətər şeyxi geylərin təəssübünü çəkən Almaniya futbolçularına sərt cavab verdi...

"Sizdən ayıb yerlərinizi örtməyi xahiş edirik ki, siz ləyaqətli, qeyrətli kişilər olaraq qalasınız və alman cəmiyyətinin demoqrafik göstəricilərini yox olmaqdan xilas edəsiniz..."

Tanınmış Qətər ilahiyyatçısı Hammud əl-Növfəli 2022-ci il dünya çempionatının qrup mərhələsinin 1-ci turunun Yaponiya ilə oyunu başlamazdan öncə futbolçuları komanda fotosunun çəkilişi zamanı əlləri ilə ağızlarını bağlayan Almaniya milli futbol komandasına tutarlı cavab verib. Qeyd edilir ki, bu jestlə alman futbolçular Qətər dünya çempionatında gey- "LGBT" təbliğatının qadağan edilməsinə etiraz ediblər.

Moderator.az xəbər verir ki, ərəb şeyxi hadisəni "Tvitter" sosial şəbəkəsindəki səhifəsində şərh edib.

“Qətər sizdən ağzınızı bağlamağı tələb etməyib. Qətər sizdən başqa, ayıb yerlərinizi örtməyi xahiş edir ki, siz ləyaqətli, qeyrətli kişilər olaraq qalasınız və alman cəmiyyətinin demoqrafik göstəricilərini yox olmaqdan xilas edəsiniz" -deyə müsəlman din xadimi bildirib.

Moderator.az

ƏVVƏLKİ XƏBƏR

Davada gənc oğlan bıçaqlandı

SONRAKI XƏBƏR

Suriya ordusu türklərlə toqquşma yerlərinə əlavə qüvvələr göndərib