KİV: Braziliya futbolçuları arasında virus yayılıb

Braziliya milli futbol komandasının üzvləri arasında virus yayılması şübhəsi mövcuddur.

“Report” xəbər verir ki, bu barədə “Goal” nəşri mənbələrinə istinadən xəbər verir.

Mənbənin sözlərinə görə, qrip əlamətlərinə görə Lukas Paketa, Antoni və Alison məşqin bir hissəsini buraxıblar.

Futbolçuların 2022-ci ildə Qətərdə keçiriləcək dünya çempionatının qrup mərhələsinin 2-ci turu çərçivəsində İsveçrə ilə keçiriləcək oyuna hazır olduqları bildirilir.

Həmçinin zədə səbəbindən Danilo və Neymar matçda iştirak etməyəcək.

Report.az

ƏVVƏLKİ XƏBƏR

Osimhen “Mançester Yunayted”in əsas transfer hədəflərindən biridir

SONRAKI XƏBƏR

Antonio Banderas “Zorro” rolundakı varisini açıqladı