"O,sadəcə möhtəşəmdir" - Neymar komanda yoldaşı haqqında

Braziliya millisinin hücumçusu Neymar komanda yoldaşı Kazemironun bacarığını yüksək qiymətləndirib.
“Mançester Yunayted”in yarımmüdafiəçisi  Dünya çempionatının qrup mərhələsinin 2-ci turunda İsveçrəyə qarşı oyununda yeganə qolu vuraraq braziliyalılara vaxtından əvvəl 1/8 finala vəsiqə qazanmağa imkan verib. Göstərdiyi oyuna görə Kazemiro təkcə matçın ən yaxşı oyunçusu mükafatını deyil, həm də braziliyalıların əsas ulduzu Neymardan təriflər aldı: “Kasemiro uzun müddətdir ki, dünya futbolunun ən yaxşı dayaq yarımmüdafiəçisidir.O,sadəcə möhtəşəmdir”

Aqreqator.az

ƏVVƏLKİ XƏBƏR

BMT Ukraynada həlak olan mülki şəxslərin sayını açıqlayıb

SONRAKI XƏBƏR

Sevdanın yoldaşı 5 qız övladı istəyir - FOTO