DÇ-2022: İsveçrə millisini daşıyan avtobus qəzaya uğrayıb

Qətərdə İsveçrə millisinin futbolçularını daşıyan avtobus qəzaya uğrayıb.

"Daily Mail" nəşrinə istinadən xəbər verilir ki, nəqliyyat vasitəsi polis maşını ilə toqquşub.

İsveçrəyə qarşı G qrupunun II tur oyunundan öncə baş vermiş hadisə nəticəsində xəsarət alan olmayıb.

Qeyd edək ki, qarşılaşma Cənubi Amerika təmsilçisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Yeganə qolu 83-cü dəqiqədə Kazemiro vurub.

Report.az

ƏVVƏLKİ XƏBƏR

Ölkədə münaqişəli ailələrin sayının artmasının səbəbi nədir? - VİDEO

SONRAKI XƏBƏR

Türkiyədən daha bir şəhid xəbəri