İspaniya millisi çempion olduğu yarışdan sonra mundiallarda cəmi üç qələbə əldə edib

Futbol üzrə İspaniya millisi dünya çempionu olduğu vaxtdan sonra mundiallarda sadəcə üç qələbə əldə edə bilib.

"Report"un məlumatına görə, "buğalar" 2014-cü ildəki turnirdə Avstraliyaya (3:0), 2018-ci ildəki yarışda İrana (1:0), DÇ-2022-də isə Kosta Rikaya (7:0) qalib gəlib.

Qeyd edək ki, İspaniya yığması Qətərdəki çempionatın E qrupunu 4 xalla ikinci pillədə başa vurub. Komanda 1/8 finalda Mərakeş seçməsi ilə qarşılaşacaq.

Pireneylilər 2010-cu ildəki mundialda qızıl medala sahib çıxıb.

Report.az

ƏVVƏLKİ XƏBƏR

Sülhə aparan yolun alternativi yoxdur - Qafarov

SONRAKI XƏBƏR

“Airbus” Rusiya titanından imtina edir