FIFA DÇ-2026-nın formatı ilə bağlı üç variantı nəzərdən keçirir

FIFA 2026-cı ildəki dünya çempionatının formatı ilə bağlı üç variantı nəzərdən keçirir.

“Report”un məlumatına görə, bunu ali futbol qurumunun qlobal inkişaf şöbəsinin rəhbəri Arsen Venger açıqlayıb.

Fransalı mütəxəssis bildirib ki, ABŞ, Meksika və Kanadanın birgə ev sahibliyi edəcəyi yarışda mübarizə aparacaq 48 komandanın hansı formatda oynayacağına hələ qərar verilməyib: “Hazırda bu məsələ ilə bağlı üç variant var. Birincisi, üç komandadan ibarət 16 qrupun formalaşması və qruplarda ilk iki yeri tutanların pley-offa yüksəlməsidir. Ancaq hər biri dörd komandadan ibarət 12 qrup da mümkündür. Digər ehtimal isə millilərin iki hissəyə bölünməsidir. Belədə hər hissədə dörd komandalı altı qrup yarana bilər”.

Vengerin sözlərinə görə, bununla bağlı qərar gələn il veriləcək: “Son qərarı mən yox, FIFA Şurası verəcək. Yəqin ki, reqlament gələn il təsdiqlənəcək”.

Report.az

ƏVVƏLKİ XƏBƏR

Rusiya Suriyadakı strateji silahlarını Ukraynaya göndərir

SONRAKI XƏBƏR

Azərbaycanlı pianoçular dünyanın ən yaxşıları arasında - FOTO