DÇ-2022: Fransa millisinin kapitanı iki tarixi rekordu təkrarlayıb

Fransa millisinin futbolçusu Uqo Lyoris iki rekordu təkrarlayıb.

“Report”un məlumatına görə, 36 yaşlı qapıçı Qətərdə keçirilən dünya çempionatının 1/8 final mərhələsində Polşa ilə görüşdə buna nail olub.

Lyoris komandasının 3:1 hesabı ilə qalib gəldiyi matçda meydana çıxmaqla Fransa yığması tarixində ən çox iştirak edən oyunçu rekorduna şərik olub. “Üçrənglilər”in heyətində 142 qarşılaşmada çərçivəni qoruyan qapıçı rekordçu Lilian Türama çatıb.

Lyoris, həmçinin, millisinin heyətində dünya çempionatlarında ən çox çıxış edən Tyerri Anri və Fabyen Bartezi də yaxalayıb. Hər üç oyunçunun mundiallarda aktivində 17 matç var.

Kapitan DÇ-2022-nin 1/4 final mərhələsində İngiltərə ilə dekabrın 10-da keçiriləcək matçda meydana çıxarsa, hər iki rekordu yeniləməklə tarixə düşəcək.

Report.az

ƏVVƏLKİ XƏBƏR

Bu il Azərbaycanda 3 tondan çox narkotik qanunsuz dövriyyədən çıxarılıb

SONRAKI XƏBƏR

Ceyhun Bayramov Azərbaycan və Rusiya arasında yol xəritələrindən danışıb