Alpaqut Dünya Çempionatı uğurla başa çatdı

1 - 4 Dekabr 2022-ci il tarixdə Türkiyənin Bursa şəhərində Alpaqut Turan Döyüş Sənəti üzrə 3-cü Dünya çempionatı keçirilib. Çempionatda 21 ölkədən 437 idmançı iştirak etdi.

Açılış mərasimində Bursa Böyükşəhər Bələdiyyə sədrinin müavini Fəthi Yıldız, Bursa AKP Şəhər Başqan yardımçısı Fuat Alpaslan, Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, Beynəlxalq Turan Oyunları Komitəsinin Prezidenti və Dünya Alpaqut Federasiyasının İdarə Heyətinin üzvü Fərid Əlizadə, Dünya Alpaqut Federasiyasının Beynəlxalq əlaqələr üzrə Vitse-Prezidenti Emil Rəhimov, Azərbaycan Alpaqut Federasiyasının prezidenti Qüdrət Nuriyev, Vətənpərvər ictimai fəal Cəlal Qurbanov, Alpaqut Turan Döyüş Sənətinin qurucusu və Dünya Alpaqut Federasiyasının İdarə Heyətinin sədri Vasif Namazov və Türkiyə Alpaqut Federasiyasının prezidenti Metin Karadeniz çıxış edərək yarış iştirakçılarına uğurlar arzulayıb.

Qeyd edək ki, Alpaqut Turan Döyüş sənəti türk xalqlarının mədəni dünya görüşünü təmsil və təbliğ edən, milli döyüş ənənələrini inkişaf etdirən, xüsusilə qədim Türklərin döyüş mədəniyyətini müasir döyüş sənəti üzərində konsepsiyalaşdıraraq qlobal mədəniyyətə çıxışını təşkil edən döyüş sənətidir.

Çempionatın komanda hesabı üzrə qalibləri aşağıdakı kimidir:

Ayça sistemi üzrə

1 Türkiyə

2. İraq

3. Azərbaycan

Batur sistemi üzrə

1. Azərbaycan

2. Qırğızıstan

3. Türkiyə

Caymaz sistemi üzrə

1. Türkiyə

2. Azərbaycan

3. Əfqanıstan

Qurşaq sistemi üzrə

1. Türkiyə

2. Azərbaycan

3. İraq

Kaçut sistemi üzrə

1. Türkiyə

2. Azərbaycan

3. İran

Dünya Çempionatında ümumi komandaların nəticələrinə əsasən, çempionata 235 idmançı ilə qatılan Türkiyə millisi 1-ci, 31 idmançı ilə qatılan Azərbaycan millisi 2-ci, 44 idmançı ilə qatılan İraq millisi isə 3-cü yerlərə layiq görülmüşlər.

Faktor.az

ƏVVƏLKİ XƏBƏR

Rus milliyyətli Rusiya vətəndaşı Xankəndindəki zindanda intihar edib, yoxsa öldürülüb?.. -FOTO

SONRAKI XƏBƏR

Qarabağdakı “sülhməramlı” rus general Volkov iki gün öncə dediklərini niyə dandı?..