Yassin Benzya: "Qarabağ" kimi böyük kluba qoşulmaqdan çox xoşbəxtəm"

"Qarabağ"ın yeni transferi Yassin Benzya Ağdam klubuna transferi ilə bağlı təəssüratlarını bölüşüb.

"Report"un məlumatına görə, Əlcəzair əsilli fransalı hücumameylli yarımmüdafiəçi bununla bağlı özünün sosial şəbəkə hesabında paylaşım edib.

"Qarabağ" kimi böyük komandaya qoşulmaqdan çox xoşbəxtəm. Oynamağa başlamaq üçün səbirsizlənirəm", - 29 yaşlı vinger yazıb.

Qeyd edək ki, Fransanın "Dijon" klubundan transfer edilən Yassin Benzya ilə 2025-cı il iyunun 30-dək müqavilə imzalanıb.

Report.az

ƏVVƏLKİ XƏBƏR

Rövşən Nəcəf Azərbaycanın Tehrandakı səfirliyində həlak olan şəxsin ailəsinə başsağlığı verdi - FOTO

SONRAKI XƏBƏR

"İran istəsə də məsuliyyəti üzərindən ata bilməyəcək" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ