“Əl-Nassr”dən Ronaldoya milyonluq saat hədiyyə - FOTO

Səudiyyə Ərəbistanının “Əl-Nassr” komandasına transfer olunan Kriştiano Ronaldo bu dəfə ona verilən saatla gündəmə gəlib.

"Unikal" xəbər verir ki, portuqaliyalı futbolçunun “Əl-Nassr” klubu transfer prosesində ulduzun adına xüsusi saat verilib.

Ronaldo üçün xüsusi hazırlanmış saatın 630 min funt sterlinq dəyərində olduğu bildirilir.

Səudiyyə Ərəbistanı bayrağından ilhamlanaraq yaşıl rəngdə dizayn edilən saat sosial mediada gündəm olub. Ağ qızıldan hazırlanmış və sırf 37 yaşlı Ronaldo üçün istehsal edilən saatda 389 nadir qiymətli daş var.

"Mançester Yunayted"dən ayrılaraq "Əl-Nəsr"lə müqavilə imzalayan Ronaldonun Səudiyyə Ərəbistanı komandasından hər il təxminən 200 milyon avro qazanacağı iddia edilir.

“Əl-Nassr”dən Ronaldoya milyonluq saat hədiyyə - FOTO

 

 

Unikal.org

ƏVVƏLKİ XƏBƏR

"İran istəsə də məsuliyyəti üzərindən ata bilməyəcək" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

SONRAKI XƏBƏR

Bu da 53 yaşlı supermodelin uşaqlıq FOTOSU