Avropa çempionatı: Azərbaycanın fiqurlu konkisürənləri finala yüksəliblər

Azərbaycanın fiqurlu konkisürənləri Samanta Ritter və Daniel Brıkalov Finlandiyanın Espoo şəhərində keçirilən Avropa çempionatında finala yüksəliblər.

"Report"un məlumatına görə, buz üstündə rəqs üzrə qüvvəsini sınayan cütlük təsnfat mərhələsində hakimlərdən 51,55 xal alıb.

Yekunda 19-cu pilləni tutan idmançılar həlledici mərhələyə vəsiqə qazanıblar.

Qeyd edək ki, qitə çempionatına yanvarın 29-da yekun vurulacaq.

Report.az

ƏVVƏLKİ XƏBƏR

“Sərhədsiz Reportyorlar”: “İran KİV işçilərinə qarşı təzyiqləri davam etdirir”

SONRAKI XƏBƏR

Ukraynalı məmurların xaricə getməsinə qadağa qoyuldu