Dani Karvaxal “Barselona” ilə qarşılaşmalardan danışıb

“Real Madrid”in müdafiəçisi Dani Karvaxal İspaniya Kuboku uğrunda “Barselona” ilə qarşılaşmalardan danışıb. SİA-nın əldə etdiyi məlumata görə, komandalar turnirin yarımfinalında iki oyun keçirəcək - mart və aprel aylarında.

“Bu mərhələdə favorit yoxdur. Finala çıxmaq üçün ən yaxşı oyunumuzu göstərməliyik. Uzun müddətdir ki, İspaniya kubokunu qazanmırıq. Bu kubok “Real Madrid”lə aldığım ilk kubok idi. Ümid edirəm ki, bu il də qalib gələcəyik”, - deyə Karvaxal bildirib.

Nazlı Almuradova

Sia.az

ƏVVƏLKİ XƏBƏR

Piontkovskidən KRİTİK AÇIQLAMA: "Başqa bir Putin peyda ola bilər, o zaman..."

SONRAKI XƏBƏR

Şəhid atası olan xalq artisti: “Oğlumu snayperlə vuran şəxs fars nümayəndəsi olub” - VİDEO