Şahin Diniyev: "Hər iki komanda qələbəyə yaxın idi"

"Oyun çox maraqlı və sürətli keçdi. Hər iki komanda qələbəyə yaxın idi. Sadəcə, biz şansımızdan istifadə edə bildik".

"Report"un məlumatına görə, bunu "Səbail" komandasının baş məşqçisi Şahin Diniyev evdə "Kəpəz"ə 1:0 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının XX tur oyunundan sonra mətbuat konfransında deyib.

57 yaşlı mütəxəssis bildirib ki, ilk hissədə yaxşı oynasalar da, fasilədən sonra qonaqlar təzyiqi artırıblar: "Nəticədə biz komapakt şəkildə oynamağa çalışdıq. Rəqibi əks hücumlarda tutmaq istəyirdik. Planımız alındı. Komandada bir az ruh düşkünlüyü var. Çoxdandır qələbə qazanmadığı və sonuncu yerdə olduğu üçün komandanın üzərində yük, psixoloji gərginlik hiss olunur. Bu ab-havadan çıxmaq üçün bir qalibiyyət lazım idi. Şükürlər olsun ki, istədiyimiz qələbəni qazandıq".

Report.az

ƏVVƏLKİ XƏBƏR

Parisdə 500 minə yaxın insan pensiya islahatına qarşı etiraz aksiyası keçirir

SONRAKI XƏBƏR

Fransa Ukrayna üçün hava hücumundan müdafiə radarları alacaq