Mariya Stadnik reytinq turnirini medalsız başa vurub

Azərbaycanın qadın güləşçisi Mariya Stadnik Xorvatiyada keçirilən "Zaqreb Open" turnirini medalsız başa vurub...

"Report"un məlumatına görə, buna 2 qat dünya və 8 qat Avropa çempionunun monqolustanlı Otqonjarqal Dolqorjavla 1/4 final görüşündə zədələnməsi səbəb olub.

Həm yarımfinal, həm də bürünc medal görüşlərinə çıxmayan titullu güləşçi reytinq turnirindəki çıxışını tamamlayıb.

Qeyd edək ki, ilk yarış günündə sərbəst güləşçilərdən Əliabbas Rzazadə (57 kq) qızıl, Hacı Əliyev (70 kq) gümüş, Cəbrayıl Qadjiyev (74 kq), Əli Rəhimzadə (65 kq) və Xadjimurad Qadjiyev (70 kq) bürünc medala sahib çıxıblar.

Pia.az

ƏVVƏLKİ XƏBƏR

Cinayətdə iştirak edən silahların 54 faizi qanuni alınıb: ABŞ-da təəccüblü hesabat

SONRAKI XƏBƏR

AP Ukraynanın Aİ-yə üzvlüyünü dəstəkləyən qətnamə qəbul edib