"Real"ın futbolçusu yenə hədələndi - Onun ölməyini istəyənlər kimlərdir?

“Real”ın futbolçusu Vinisius Junior növbəti dəfə xoşagəlməz hadisə ilə üzləşib.

Publika.az xəbər verir ki, braziliyalı hücumçu səfərdə “Barselona”ya 1:2 hesabı ilə uduzduqları İspaniya La Liqasının 26-cı tur oyununda irqçi təhqirlərə məruz qalıb. Kataloniya klubunun azarkeşləri matçın gedişində 23 yaşlı forvardın ünvanına “Vinisius, öl!” şüarları səsləndiriblər.

Qeyd edək ki, bu, son vaxtlar “sambaçı”nın başına gələn ilk belə hadisə deyil. Daha əvvəl “Atletiko” fanatları Madrid derbisi öncəsi Vinisiusun maketini körpüdən asmışdılar.

Heybət

Publika.az

ƏVVƏLKİ XƏBƏR

Çavuşoğlu Türkiyə, Rusiya, Suriya və İran xarici işlər nazirlərinin Moskva görüşünün təxirə salınmasından danışıb

SONRAKI XƏBƏR

"Leyptsiq"in futbolçusu: "Belçika və Azərbaycanla oyunlar çətin keçəcək"