Dünən “Mançester Siti”, sabah “Turan Tovuz”

“Turan Tovuz” heyətinə daha bir legioner futbolçunu cəlb etməyə hazırlaşır.

Matc.az saytının əldə etdiyi məlumata görə, Panama yığmasının futbolçusu Roderik Millerlə anlaşan Tovuz təmsilçisi Qanadan olan yarımmüdafiəçi Divayn Naa ilə yaxından maraqlanır.

Tərəflər bütün məsələlərdə razılığa gələ bilsələr, 26 yaşlı futbolçunu tezliklə Premyer Liqamızda görə bilərik.

Divayn Naa sonuncu dəfə Litvanın “Kauno Jalgiris” klubunun formasını geyinib. O, bu ilin əvvəlində həmin komandadan ayrılıb və hazırda azad agent statusu daşıyır.

Vaxtilə “Mançester Siti”də forma geyinmiş Naa, karyerası ərzində “Stromsqodset”, “NAK Breda”, “Nordsyeland”, “Örebro”, “Tubize”, “Hapoel” (Ra Anana), “Mosta” kimi klubların formasını geyinib.

Mərkəz yarımmüdafiəçisi “Kauno Jalgiris”də 57 oyuna səkkiz qol vurub.

Oxu.az

ƏVVƏLKİ XƏBƏR

İş yoldaşına sosial mənzildən ev alacağı vədi verən şəxsə elektron qolbaq taxıldı

SONRAKI XƏBƏR

İtkin düşən britaniyalı reqbiçinin 14 aydan sonra meyiti tapılıb