"Azərbaycan millisinə mütləq qalib gəlməliyik"

Avstriya yığmasının yarımmüdafiəçisi Marsel Zabitser AÇ-2024-ün seçmə mərhələsi çərçivəsində Azərbaycan millisinə qarşı keçirəcəkləri oyundan öncə fikirlərini bölüşüb.

Milli.Az matc.az-a istinadən bildirir ki, komandanı yığmamızla oyuna kapitan kimi çıxaracaq "Mançester Yunayted"in futbolçusu bu gün təşkil olunmuş mətbuat konfransında bunları söyləyib:

"Məqsədimiz aydındır - başlanğıcda qələbə qazanmalıyıq. Rəqiblərimizi yaxşı analiz etmişik. Onların həm güclü, həm də zəif tərəflərini bilirik. Biz mütləq AÇ-2024-də olmaq istəyirik. Bunun üçün hər şeyi edəcəyik. Azərbaycan yığması kimi guya kiçik rəqibə qarşı indi konsentrasiyalı performans tələb olunur. Kiçik komandalar da gücləniblər. İnanıram ki, detallar fərq yaradacaq. Bu oyunda mütləq qələbə qazanmaq istəyirik".

Xatırladaq ki, sabah Linzdəki "Rayffayzen Arena"da keçiriləcək Avstriya - Azərbaycan matçına Bakı vaxtı ilə saat 23:45-də start veriləcək.

Milli.az

ƏVVƏLKİ XƏBƏR

Xamenei SEPAH komandirləri ilə nəyi müzakirə edib? - Gizli sənəd yayıldı

SONRAKI XƏBƏR

Ukrayna Baş Qərargahı Rusiya ordusunun daha bir şəhərdən çəkildiyini açıqlayıb