AVRO-2024-ün seçmə mərhələsinin daha dörd qrupunda bu gün mübarizə start götürəcək.
“Report”un məlumatına görə, B, E, F və G qruplarında birinci turun oyunları keçiriləcək.
F qrupunda yer alan Azərbaycan millisi səfərdə Avstriya yığmasının qonağı olacaq. Qrupun digər qarşılaşmasında İsveçlə Belçika seçmələri üz-üzə gələcəklər.
Azərbaycanlı hakim Əliyar Ağayevin idarə edəcəyi matçda Bolqarıstan və Monteneqro birincilərin meydanında münasibətlərinə aydınlıq gətirəcəklər.
Son dünya çempionatının finalçısı Fransa millisi isə Niderlandı qəbul edəcək.
AVRO-2024, seçmə mərhələ
I tur
24 mart
B qrupu
23:45. Cəbəllütariq – Yunanıstan
23:45. Fransa - Niderland
E qrupu
23:45. Moldova – Farer adaları
23:45. Çexiya - Polşa
F qrupu
23:45. Avstriya – Azərbayacn
23:45. İsveç - Belçika
G qrupu
21:00. Bolqarıstan - Monteneqro
23:45. Serbiya - Litva