Tahir Gözəl və Dursun Özbek görüşdü

Bu gün "Qarabağ"ın prezidenti Tahir Gözəl "Qalatasaray"ın prezidenti Dursun Özbeklə görüşüb.

Qol.az xəbər verir ki, görüş "Qalatasaray"ın Bakıda qaldığı oteldə baş tutub. Klub rəhbərləri komandalar arasında bu gün keçiriləcək xeyriyyə matçının əhəmiyyətini qeyd ediblər.

44 günlük Vətən Müharibəsinin qaziləri də klub prezidentləri ilə görüşüb, onlarla şəkil çəkdiriblər.

Xatırladaq ki, Bakı Olimpiya Stadionunda keçiriləcək "Qarabağ” - “Qalatasaray” matçı bu gün saat 20:00-da başlanacaq. Oyundan əldə ediləcək bütün gəlir Türkiyədə zəlzələdən zərər çəkən bölgələrə ayrılacaq.

Qol.az

ƏVVƏLKİ XƏBƏR

Rus pilotlar Ermənistanda təlimlərə başladılar

SONRAKI XƏBƏR

Ukrayna sərhədçiləri son 3 gündə Rusyanın 8 PUA-sını məhv edib