Kurtua Belçika millisindən ayrıldı

Belçika yığmasının və "Real"ın qapıçısı Tibo Kurtua milli komandadan ayrılıb.

Qol.az xəbər verir ki, bu barədə yerli federasiyanın mətbuat xidməti məlumat yayıb. Əzələsində problem aşkarlanan qapıçı martın 28-də Almaniya ilə keçiriləcək yoxlama oyununda iştirka etməyəcək. O, “Real”ın düşərgəsinə qayıdıb.

Kurtua Avro-2024-ün seçmə mərhələsinin ilk turunda İsveçlə qarşılaşmada (3:0) zədələnib.

Xatırladaq ki, Belçika millisi Azərbaycan yığması ilə birlikdə F qrupunda mübarizə aparır.

Qol.az

ƏVVƏLKİ XƏBƏR

Britaniya kəşfiyyatı: “Rusiya yeni İran PUA-ları alıb”

SONRAKI XƏBƏR

Biz Krıma girəndə “Abrams”lar gələcək - Svitan