İsveç millisinin kapitanı: "Azərbaycanla oyuna yaxşı nəticə üçün çıxacağıq"

"Sabahkı matça yaxşı nəticə üçün çıxacağıq. Bu səviyyədə oynayanların çoxu təzyiqə və qalib gəlməyə öyrəşib".

"Report"un məlumatına görə, bunu İsveç yığmasının kapitanı Viktor Lindelöf evdə Azərbaycan millisinə qarşı keçirəcəkləri AVRO-2024-ün seçmə mərhələ oyunundan öncə mətbuat konfransında deyib.

29 yaşlı müdafiəçi qrupun ilk matçında Belçikaya 0:3 hesablı məğlubiyyətə görə məyus olduqlarını bildirib: "Amma inamımızı itirmirik. Bunun öhdəsindən gələcəyik. Hər oyunda qələbə qazanmaq istəyirik. Təəssüf ki, istədiyimiz başlanğıcı edə bilmədik".

Qeyd edək ki, martın 27-də Solna şəhərindəki "Frends Arena"da keçiriləcək İsveç - Azərbaycan oyunu Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

Report.az

ƏVVƏLKİ XƏBƏR

Sloveniyada Rusiyaya casusluq edən 2 nəfər saxlanılıb

SONRAKI XƏBƏR

Azərbaycanda kəndlərin biri satışa çıxarılıb? - VİDEO