AVRO-2024: Keyn tarixə düşüb, Danimarka antirekorda imza atıb

AVRO-2024-ün seçmə mərhələsində ötən gün keçirilmiş oyunlar bir sıra hadisələrlə əlamətdar olub.

"Report" Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (IFFHS) rəsmi saytına istinadən xəbər verir ki, J qrupunda Lixtenşteyn üzərində 7:0 hesablı səfər qələbəsi İslandiya millisinin rəsmi matçlarda qazandığı ən böyükhesablı qalibiyyət kimi tarixə düşüb. Sözügedən kollektiv daha əvvəl 1985-ci ildə yoldaşlıq görüşündə Farer adalarını 9 cavabsız qolla üstələyib.

H qrupunda səfərdə Qazaxıstana uduzan Danimarka ilk dəfə 2 top fərqi ilə öndə olduğu rəsmi matçda məğlubiyyət acısı yaşayıb - 2:3. Yığmanın son 5 qoluna imza atan Rasmus Hoylund Avropa çempionatlarının seçmə mərhələlərində Ole Madsendən (ardıcıl 6 qol, 1963-cü il) sonra buna nail olan ikinci futbolçudur.

C qrupunda Ukraynaya 2:0 hesabı ilə qalib gəldikləri matçda fərqlənən İngiltərə millisinin hücumçusu Harri Keyn beynəlxalq oyunlarda 100-cü qolunu vurub və bu uğura imza atan ilk ingiltərəli oyunçu olub. "Tottenhem"in 30 yaşlı forvardı bu qolların 55-ni yığmada, 45-nə isə klubunda vurub.

İngiltərə seçməsinin digər qolunun müəllifi olan Bukayo Saka isə 21 yaş 202 günlüyündə yığmada səkkizinci dəfə fərqlənib. O, bu göstəricidə cəmi 4 futbolçudan - Diksi Din (16), Cimmi Qrivz (16), Ueyn Runi (12) və Maykl Ouendən (10) geri qalır.

Report.az

ƏVVƏLKİ XƏBƏR

Hadise azərbaycanlı reperin mahnısını oxuyacaq

SONRAKI XƏBƏR

Sülhməramlılar açıq şəkildə terrorçuların dəstəkçisinə çevriliblər - Deputat