"Çelsi"nin qapıçısı Markus Bettinelli ilə yeni müqavilə imzalayıb.
Qol.az klubun saytına istinadən xəbər verir ki, 30 yaşlı qolkiperlə müqavilənin müddəti 2026-cı ilin iyununa qədər uzadılıb.
Qeyd edək ki, Markus Bettinelli 2021-ci ildən London təmsilçisində oynayır. O, bu mövsüm heç bir matçda meydana çıxmayıb.