"Rizin 41": Vüqar Kərəmov yaponiyalı rəqibini məğlub edib

Azərbaycanın MMA döyüşçüsü Vüqar Kərəmov Yaponiyanın Osaka şəhərində keçirilən "Rizin 41" turnirində qələbə qazanıb.

"Report" xəbər verir ki, 66 kq çəki dərəcəsində çıxış edən 31 yaşlı idmançı Yaponiya təmsilçisi Yoşinori Horie ilə qarşılaşıb.

Kərəmov ikinci raundda rəqibini məğlubiyyətə uğradıb.

Qeyd edək ki, daha əvvəl Mehman Məmmədov da eyni yarışda qalib gəlib.

 

Report.az

ƏVVƏLKİ XƏBƏR

Ağdam rayonunun Qaradağlı kəndi - FOTO

SONRAKI XƏBƏR

Bakıda küləkli havada təhlükə saçan bina - VİDEO