Meymunçiçəyinin DƏRMANI tapıldı

Rusiyada meymunçiçəyini müalicə edən dərman hazırlanıb.

Rusiya KİV-nə istinadən xəbər verilir ki, "NIOKh-14" adlı dərman Novosibirsk Üzvi Kimya İnstitutu ilə birlikdə Vektor Tədqiqat Mərkəzində ərsəyə gətirilib.

Məlumata görə, I klinik sınaqlar 18 yaşdan 50 yaşa qədər olan 90 könüllü üzərində uğurla həyata keçirilib. Keçirilən testlər dərmanın xəstəliyə qarşı mübarizədə effektiv olduğunu, virusun bədəndə yayılmasının qarşısını aldığını və əlavə təsirlərinin olmadığını göstərib.
Qeyd edək ki, "NIOKh-14" meymunçiçəyinə qarşı yaradılmış ilk dərman hesab olunur.

Bizim.media

ƏVVƏLKİ XƏBƏR

Zelenski onu qovur

SONRAKI XƏBƏR

Oğlu Pərviz Bülbüləni karate fəndi ilə YERƏ YIXDI - VİDEO