Alimlərdən XƏBƏRDARLIQ – Pandemiyadan sonra sürətlə qocalırıq

Stenford Universitetinin alimlərinin apardığı tədqiqatların nəticəsi qorxu yaradıb.

Lent.az xarici mətbuata istinadən xəbər verir ki, COVİD-19 pandemiyasından sonra yeniyetmələrin beyni sürətlə qocalır.

Alimlər bildiriblər ki, beyinlərinin maqnit rezonans tomoqrafiya şəkilləri araşdırılmış 81 yeniyetmə yaşıdlarına nisbətən 3 yaş daha “qocalırlar”. İştirakçıların psixoloji vəziyyətində də anormallıq müşahidə olunub. Onlar həyəcan və depressiyadan şikayət ediblər.

Alimlərin fikrincə, pandemiyadan sonra ümumilikdə insanlarda sürətlə yaşlanma əlamətləri görünməyə başlayıb.

Lent.az

ƏVVƏLKİ XƏBƏR

Putin: "Nəyi gizlədim, nüvə müharibəsi təhlükəsi artır"

SONRAKI XƏBƏR

Amerikalı “casus” Xabarovskdan geri göndərilib