"Sony"nin prezidenti istefa verdi

"Sony"nin prezidenti 63 yaşlı Yoşida Keniçiro istefa verib.

"Unikal" xəbər verir ki, bu barədə Yaponiya şirkəti bəyanat yayıb. Bildirilir ki, "Sony"nin Baş Maliyyə Direktoru (CFO), 58 yaşlı Totoki Hiroki aprelin 1-dən "Sony"nin prezidenti vəzifəsinə təyin ediləcək.

Bu sədr dəyişikliyi Yaponiya şirkəti üçün son 5 ildə ilk dəfə olacaq.

Qeyd edilib ki, yeni təyinat qərarı ilə "Sony" elektrik avtomobil sektorunda, eləcə də mövcud elektronika, oyun və film sektorlarında böyüməyi hədəfləyəcək.

Gülayə Mecid

Unikal.org

ƏVVƏLKİ XƏBƏR

“Şərur” MTK-ya məxsus binada liftin fəaliyyəti məhdudlaşdırılıb - VİDEO

SONRAKI XƏBƏR

Ötən ay zəhərlənmə ilə bağlı KTM-ə 1161 nəfər müraciət edib, 4-ü ölüb