Vətənin müdafiəsində dayanan QARDAŞLAR evlərinə DÖNDÜLƏR- FOTO

Vətən müharibəsi başlayan kimi cəbhəyə könüllü yolanan Elçin və Sədail Əliyev qardaşları sağ- salamat evlərinə dönüblər.

Sonxeber.az xəbər verir ki, qardaşlar müharibənin ilk günlərində Kəlbəcər uğrunda döyüşlərdə, daha sonra Kəlbəcər və Laçının azad olunmasında iştirak ediblər. Onlar Astara rayonunun Koraoba (indiki Tüləgüvan) kəndindəndirlər.

Bildirilir ki, babaları 2-ci dünya müharibəsi iştirakçısı və xeyriyyəçi Ömər Əliyevdir. Vətənin keşiyində mətinliklə dayanıb, gözlərini bir an belə qırpmadan doğma torpaqlarımızı qoruyan bütün vətənpərvər oğullarımızla fəxr edirik.

Sonxeber.az

ƏVVƏLKİ XƏBƏR

Qubada adsız 10 küçəyə şəhidlərin adı verilib - FOTO

SONRAKI XƏBƏR

İtaliyada mafiya üzərində böyük məhkəmə prosesi start götürüb