Ukrayna cari ilin dövlət büdcəsində müdafiə xərclərini artırıb

Ukrayna Ali Radası ölkənin müdafiə xərclərinin pul emissiyası hesabına 7,3 milyard ABŞ dolları artırılmasının lehinə səs verib.

“Report” xəbər verir ki, bu barədə ukraynalı deputat Yaroslav Jelezyak məlumat verib.

Onun sözlərinə görə, Rada müvafiq qanun layihəsini təsdiq edib. Vəsait daxili yığımlar hesabına cəlb ediləcək.

Xatırladaq ki, cari il üçün Ukrayna büdcəsinin təhlükəsizlik və müdafiə yönümlü ümumi xərcləri 1,2 trilyon qrivna (32,55 milyard dollar) təşkil edəcək.

Report.az

ƏVVƏLKİ XƏBƏR

Ordumuz Donbası addım-addım azad edir - Putin

SONRAKI XƏBƏR

SOS: Günəş şüaları bədxassəli şişlərə səbəb ola bilər - FOTO