Rusiya “Şimal axını 2” boru kəmərinin sağlam xətti ilə qaz tədarükünə HAZIRDIR

“Rusiya “Şimal axını 2” boru kəmərinin zədələnməmiş xətti vasitəsilə qaz tədarük etməyə hazırdır”.

Bizim.Media “lenta.ru”ya istinadən xəbər verir ki, bunu Rusiya baş nazirin müavini Aleksandr Novak bildirib.

Daha əvvəl “Qazprom” şirkəti məlumat yayaraq bildirib ki, sızmalardan sonra kəmərin A xəttində təzyiq sabitləşib, B xəttində isə təzyiqin azaldılması istiqamətində iş aparılır.

Şirkətdən o da bildirilib ki, B xəttində “tədarükün başlanmasına dair qərar” verildiyi halda qaz yoxlamadan sonra boru kəmərinə vurula bilər.

Bizim.media

ƏVVƏLKİ XƏBƏR

Qulu Ağsəsin Təbrizdə şeirlər kitabı dərc edildi

SONRAKI XƏBƏR

Şagirdin döyülməsindən danışılarkən valideynin etdiyi hərəkəti gündəm oldu – Video