Dövlət Gömrük Komitəsinin sistemi Naxçıvanda da işləyirmi?

Osman Gündüz:

Dövlət Gömrük Komitəsinin bütün ölkənin gömrük-buraxılış məntəqələri üzrə real vaxtda video müşahidəyə imkan verən sistemi Naxçıvanda da işləyirmi?
Məlumdur ki, DGK -nın imkanı var öz inzibati binasında quraşdırılmış monitorlarda bir düyməni basmaqla istənilən gömrük mənrəqəsində nələrin baş verməsinə real vaxtda nəzarət etsin.
Özüm şahidi olmuşam ki, DGK-nın bu sistemi dəqiq işləyirdi, əməkdaşların hərəkətlərini, malların və maşınların buraxılışını, bir sözlə məntəqələrdə hətta quş uçsa da real vaxta onu görmək mümkün olurdu.
Bunun Naxçıvana da aid olması, yəni Bakıdakı monitorlardan Naxçıvanın gömrük məntəqələrində baş verənləri izləmə imkanı haqqında bir bilgim yoxdur.

İndi məlumat verilib ki, DTX-nın Naxçıvanın Gömrük Komitəsində apardığı cinayət işi üzrə apardığı yoxlamalar nəticəsində saxlanılanlar var.
Saxlanılan şöbə rəisi 132 milyon manat dövlət vəsaitini mənimsəməkdə ittiham olunur.
Maraqlı və diqqət çəkən məqam odur ki, Naxçıvan Gömrüyünün vəzifəli şəxsləri DGK-nın gömrük rüsumlarının rəsmiləşdirilməsinin aparıldığı informasiya resursu olan Vahid Avtomatlaşdırılmış İdarəetmə Sistemindən (VAİS) əlavə, rəsmiləşdirilmədən idxal olunan mallara görə qeyri-rəsmi ikinci yığım sistemi yaradıblar.
Yeri gəlmişkən, tam əminliklə demək olar ki, bir müddət kağız formada əməliyyatlar aparılsa da, artıq uzun müddərdir ki, Azərbaycan Gömrüyü VAİS üzərində "oturub".

Sistem ölkənin ən nəhəng və bir çox informasiya sistemlərinə inteqrasiya olunan, strateji və əhəmiyyətli bir dövlət resursudur. Xatırlayıram ki, DGK-nın İKT komandası bu resursun dayanıqlığı, təhlükəsizliyi və işlək vəziyyə olması üçün xeyli əziyyət çəkiblər.
Ağlasığmazdır ki, Naxçıvan Gömrüyü alternativ, VAİS-dən kənar qanunsuz elektron sistemi necə qura bilərdi.
Doğurdanmı DGK-nın Naxçıvanın Sədərək və Culfa gömrük məntəqələrində baş verənlərə real vaxtda video-nəzarət imkanı olmayıb?
Əgər belə bir video-nəzarət sistemi olmayıbsa onda fikrimcə Naxçıvan Gömrüyündə VAİS-ə nə daxil etsələr Bakıda monitorlarda ancaq onu görə biləcəkdilər.

Necə ola bilər ki, bütün ölkə üzrə real vaxtda mövcud olan video-müşahidə sistemi Naxçıvan gömrük məntəqələrində olmayıb.
Bəlkə olub, amma Naxçıvan Gömrük Komitəsi onu, necə deyərlər rubilnikdən söndürüb və ya datanın Bakıya ötürülməsinin çətin olmasını bəhanə edərək ümumiyyətlə bu sistemə qoşulma baş tutmayıb.
Ümid edirəm bu tip maraqlı sualların cavabı olacaq ki, gələcəkdə neqativ hallar bir daha təərarlanmasın.
İstənilən halda, ilk dəfədir rastlaşıram ki, dövlətin vahid elektron nəzarət sistemindən kənar, alternativ sistem qurmaqla qanunsuz fəaliyyət baş tutub.

Ümid edirəm bu istiqamətdə daha ətraflı detallar açıqlanacaq.

Paralel.az

Paralel.az

ƏVVƏLKİ XƏBƏR

Çavuşoğludan Zəngəzur dəhlizi AÇIQLAMASI: Cənubi Qafqazın yeni reallıqları... – FOTO

SONRAKI XƏBƏR

Yüzlərlə iPhone smartfonu müsadirə edilib: Səbəb nədir?