Norveç Ukraynaya yardım ayırdı - 2 milyard...

Norveç hökuməti enerji təchizatını dəstəkləmək üçün Ukraynaya 2 milyard Norveç kronu (təxminən 195 milyon dollar) məbləğində yardım ayırmaq qərarına gəlib.

Redaktor.az xəbər verir ki, bu barədə Norveç hökumətinin yaydığı rəsmi açıqlamada deyilir.

Norveçin maliyyə naziri Trygve Slagsvoll Vedum Avropa Yenidənqurma və İnkişaf Bankının nümayəndəsi ilə müvafiq müqavilə imzalayıb. Müqavilə çərçivəsində Ukraynaya qaz almaq üçün maliyyə yardımı veriləcək.

Redaktor.az

ƏVVƏLKİ XƏBƏR

İlon Mask öz telefonunu yarada bilər

SONRAKI XƏBƏR

Ruslar Dneprə raket zərbəsi endirdi