Avropa İttifaqı “Rosselxozbank”ın yenidən SWIFT-ə qoşulması ilə bağlı müraciətə baxacaq

Avropa İttifaqı (Aİ) taxıl müqaviləsi çərçivəsində “Rosselxozbank”ın sanksiyalar siyahısından çıxarılmasını və onun SWIFT sisteminə yenidən qoşulması imkanlarını araşdıracaq.

“Report” xəbər verir ki, bu barədə “İzvestiya” qəzeti Aİ-nin xarici siyasət xidmətinin nümayəndəsi Piter Stanoya istinadən yazıb.

“Biz Rusiyanın “Rosselxozbank” bankının ərzaq və kənd təsərrüfatı ilə bağlı əməliyyatlardakı rolu, habelə onun SWIFT-dən ayrılması nəticəsində yaranan çətinliklərlə bağlı iddialarını lazımi şəkildə nəzərə almışıq. Bu, əməliyyatları daha bahalı və yavaş etsə də, ödənişlər hələ də mümkündür”-deyə, o bildirib.

O qeyd edib ki, Aİ tədbirlərinə istənilən düzəliş quruma üzv dövlətlər tərəfindən yekdilliklə qəbul edilməlidir və Aİ tədbirləri Rusiya bankları ilə işləmək imkanı vermək üçün sanksiyalardan imtinanı nəzərdə tutur.

“Rusiya banklarının əksəriyyəti sanksiyalara məruz qalmadığından və “Qazprombank” kimi böyük maliyyə institutları da SWIFT-dən ayrılmadığından kifayət qədər sayda ödəniş kanalları açıq qalır”.

Report.az

ƏVVƏLKİ XƏBƏR

Qətər şeyxi geylərin təəssübünü çəkən Almaniya futbolçularına sərt cavab verdi...

SONRAKI XƏBƏR

Niderlandda su qıtlığı yarana bilər