Rusiya sanksiyalar şəraitində öz neftini satmaq üçün "kölgə donanması" formalaşdırır

Rusiya sanksiyalar şəraitində öz neftini satmaq üçün "kölgə donanması" formalaşdırır

"Neftin daşınması üçün xeyli dərəcədə xarici tankerlərdən asılı olan Rusiya ən azı 100 köhnəlmiş tankerdən donanma formalaşdırıb..."

"İxracın cari həcmini saxlamaq üçün Rusiyaya 240-dan çox tanker lazımdır..."

"Kölgə donanması"nın yaradılması sanksiyaların təsirini azaltsa da, onları aradan qaldırmayacaq.

Moderator.az xəbər verir ki, bu barədə "Financial Times" nəşri yazır.

Analitiklərin fikrinə görə, sanksiyalar qüvvəyə mindikdən sonra Rusiyaya daha çox sayda tanker lazım olacaq. Çünki hər bir reysin uzunluğu artacaq.

Əvvəllər Avropaya satılan neft Asiyada yeni alıcılara göndərilicək. Treyderlər iddia edir ki, "kölgə donanması"nın yaradılması sanksiyaların təsirini azaltsa da, onları aradan qaldırmayacaq.

"Braermar" gəmiçilik blogerinin dəyərləndirməsinə görə, neftin daşınması üçün xeyli dərəcədə xarici tankerlərdən aslı olan Rusiya ən azı 100 köhnəlmiş tankerdən donanma formalaşdırıb.

"Rystad:" energetika konsaltik şirkəti iddia edir ki, 2022-ci ildə Rusiya neft daşınmaları zəncirinə Qərb neft embarqosunun şamil olunduğu İran və Venesuelaya xidmət edən gəmilərin alınması və yerdəyişməsi hesabına 103 tanker əlavə edib. Bir qayda olaraq belə gəmilər 12-15 ildir istismar edilir və yaxın bir neçə ildə istifadəsinə son qoyulacaq.

Şirkət qeyd edir ki, 2022-ci ildə Rusiya ilə bağlı operatorlar VLCC (Very Large Crude Carrier) kimi tanınan 29-dək supertanker əldə edib. Bunlar hər biri 2 milyon barreldən çox neft daşımaq qabiliyyətinə malikdir.

Güman edilir ki, Rusiya öz donanmasına hər biri 1 milyon barrel neft daşıyan 31 "Suezmax" və 700 min barrel neft daşıyan 49 "Aframax" tankeri əlavə edib.

Analitiklərin fikrincə, Rusiya 2023-cü ilin ilk aylarında da tankerlər qıtlığı ilə üzləşəcək. Bu da ixracın səviyyəsini saxlamaq üçün çətinliklərə və qiymət artımına gətirib çıxaracaq.

"Rystad" analitikinin fikrincə, ixracın cari həcmini saxlamaq üçün Rusiyaya 240-dan çox tanker lazımdır.

Xatırladaq ki, dekabrın 22-də Avropa İttifaqı, "Böyük yeddilik" və Avstraliya Rusiyanın bir barrel tanker neftinə görə 60 dollar müəyyən edib.

Dekabrın 5-dən bu ölkələr Rusiyanın tanker nefti ilə bağlı o zaman xidmət göstərəcəklər ki, bir barreli 60 dollara alınıb. Bu xidmətlərə həmçinin yanacağın dəniz daşınmalarının mütləq sığortası daxildir.

Bəyan edilib ki, 2023-cü ilin fevralın 5-dən həm də Rusiyanın neft məhsullarına limit qiymətləri müəyyən ediləcək.

Moderator.az

ƏVVƏLKİ XƏBƏR

Hərəkətə keçən kimi Volkov da “imana gəldi”

SONRAKI XƏBƏR

Bakı bu gün Xankəndi yolunda nəyə nail oldu?