Pensiyalar artırılacaq - Nazir

İnflyasiyanın təsirlərini azaltmaq üçün pensiyaların indeksasiyası əhəmiyyətli dərəcədə maliyyə tələb edir.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu maliyyə naziri Samir Şərifov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında 2023-cü ilin dövlət büdcəsinin müzakirəsi zamanı deyib.

Nazir bildirib ki, söhbət 15 faizdən az olmayan indeksasiyadan gedir. "İnflyasiyanın əhaliyə təsirlərini azaltmaq üçün pensyalar indeksasiya ediləcək. Bu indeksasiya əhəmiyyətli dərəcədə maliyyə vəsaiti tələb edir", - deyə nazir əlavə edib.

 

Milli.az

ƏVVƏLKİ XƏBƏR

Almaniya ABŞ-nin beşinci nəsil qırıcılarını alacaq

SONRAKI XƏBƏR

İranlı dəstə Qarabağa bu sənədlərlə keçib - FOTO