“Uniper” “Qazprom”a qarşı

 

Berlin, 5 dekabr, AZƏRTAC

Almaniyanın “Uniper” qaz konqlomeratı ilə Rusiyanın “Qazprom” şirkəti arasındakı münaqişə nə ilə nəticələnəcək? Bu, indi alman şirkətinin müraciət etmək niyyətində olduğu Stokholmdakı Beynəlxalq Məhkəmənin qəbul edəcəyi qərardan sonra məlum olacaq.

AZƏRTAC xəbər verir ki, AFR-in kütləvi informasiya vasitələri iddiaçının 11 milyard avro itirməsi və bu itkinin hətta onun müflisləşməsinə gətirib çıxara biləcəyi barədə xəbəri durmadan müzakirə edirlər. Rusiya şirkətinin qaz tədarükü öhdəliklərini iyun ayından yerinə yetirməməsinə görə ona qarşı tələb irəli sürülüb. “Unıper”in itkisi o dərəcədə əhəmiyyətlidir ki, federal hökumət şirkətin müflisləşməsinin bütün ölkədə sarsıntı yarada biləcəyindən ehtiyat edərək hətta onu milliləşdirmək niyyətində olduğunu elan edib.

Qaz tədarükü üzrə razılaşma şərtlərinin yerinə yetirilməməsi səbəbindən alman şirkəti indiyə qədər qazı kənardan olduqca yüksək bazar qiymətlərinə uyğun almaq məcburiyyətindədir. İddiaçılar əmindirlər ki, bu xərclər şirkətin cavabdehliyinə aid deyil.

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

Azertag.az

ƏVVƏLKİ XƏBƏR

Avropa İttifaqının qaza olan tələbatı noyabrda 24 faiz azalıb

SONRAKI XƏBƏR

Gələn il Türkiyədə “Şuşa İli” elan oluna bilər