ADNSU-da “AZİİ Data analitika” mərkəzi yaradılır

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Elmi Şuranın növbəti iclası olub.

Tehsil.biz xəbər verir ki, jclasda rektor Mustafa Babanlı universitetdə aparılacaq struktur dəyişikliklərdən danışıb, rəqəmsal ADNSU layihəsi, 2023-cü il üçün təhsil müəssisəsinin fəaliyyət planı, həmçinin “Layihə menecmenti” ofisinin yaradılması, ADNSU-nun QS reytinqinə hazırlığın vəziyyəti, xarici dil və ixtisas üzrə əlavə sertifikat imkanları barədə məlumat verib.

Qeyd olunan yeniliklər və dəyişikliklər şura üzvləri tərəfindən qəbul olunub.

Sonra Start-UP və İnnovasiya Mərkəzinin fəaliyyəti, “AZİİ Data analitika” mərkəzinin yaradılması barədə məlumat verilib.

Tehsil.biz

ƏVVƏLKİ XƏBƏR

“Gənc müəllimlərin III Şəbəkələşmə Forumu” keçirilib - FOTOLAR

SONRAKI XƏBƏR

İqlim fəalları Haaqaya gedən əsas magistral yolu bağlayıblar