UNEC Dünya Univetsitetlər Reytinqində ən yaxşı 501-530 univetsitetlər qrupuna yüksəldi...
UNEC QS DÜNYA UNİVERSİTETLƏRİ REYTİNQİNDƏ 501-530-cu OLDU!
QS Dünya Univetsitetlər Reytinqi (WORLD UNIVERSITY RANKINGS) bu gün sahələr üzrə reytinqini (SUBJECT RANKİNGS 2023) açıqladı.
UNEC ilk dəfə olaraq İqtisadiyyat və Ekonometrika üzrə dünyada ən yaxşı 501-530 univetsitetlər qrupuna yüksəldi.
Bu nəticə dünyada 2016-2020-ci illərdə dərc olunmuş 16,4 milyon məqalələrin, 2016-2021-ci illərdə 117,6 milyon istinadların QS tərəfindən təhlili nəticəsində müəyyən edilmişdir.
Eləcə də, qiymətləndirmə zamanı, 2018-2022-ci illərdə dünya üzrə 151 000 elm adamlarının və 99 000-dən çox global işəgötürənlərin səsi nəzərə alınmışdır.
UNEC ailəsinin hər bir üzvünü və bütün UNECsevərləri növbəti uğur münasibətilə ürəkdən təbrik edir və əməyi olan hər bir şəxsə təşəkkür edirəm.
Hər şey daha da yaxşı olacaq!
Ədalət Muradov, UNEC rektoru